Qonaq Kitabı
Məni bir zülfi-mişkinin ğəmi aşüftəhal eylər

 

Məni bir zülfi-mişkinin ğəmi aşüftəhal eylər,
Gətirsə nəkhətin badi-səba dəfi-məlal eylər.

Qalıbdır bəstəri-möhnətdə dil, vəslin dilər yarın,
Görün bu zəfi-talelə necə fikri-məhal eylər.

Sərasər xəlqi-aləm cümlə müştaqi-cəmalındır,
Göz açmaz kimsə, gün hərçənd izhari-cəmal eylər.

Mən öldüm həsrətindən bir büti-çeşmi-çəpəndazın,
Qətili-tiri-mückandır deyin, hər kim sual eylər.

Qılır əğyar ilə seyri-çəmən sərvi-sərəfrazım,
Şikəstə Zakiri hər yerdə görsə, payimal eylər.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info