Qonaq Kitabı
Sübhdəm badi-səba türreyi-xubanə dəyər

 

Sübhdəm badi-səba türreyi-xubanə dəyər,
Götürüb nəkhətin ondan sora yüz yanə dəyər.

Od salır xirməni-məhsuli-dilə bərqasa,
Bu təni-zardə peykanı ki, peykanə dəyər.

Gah bivəchü cəhət xatirim eylər dərhəm,
Gah bicürmü günəh bu dili-nalanə dəyər.

Odlara düşmüş ilan tək oluram piçidə
Ki, neçin zülfi-siyəh arizi-cananə dəyər.

Ğərəzin can isə, bir tünd nigahın bəsdir,
Heyfdir, atma oxun, hər biri min canə dəyər.

Könlümü qanda urub həbsə ki, tapmaz şanə,
Nə qədər zülfi gəzər, çahi-zənəxdanə dəyər.

Zakira, səbr elə kim, vəslə dəyən afətdən,
Ay ötər, il dolanar, vəqt olu hicranə dəyər.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info