Qonaq Kitabı
O gün ki, atəşinlik arizi-cananə yazmışlar

 

O gün ki, atəşinlik arizi-cananə yazmışlar,
Məni-sərkəştəni ol atəşə pərvanə yazmışlar.

Sənəmlər fikri çıxmaz xatirimdən bir zaman, guya,
Yazan dəmdə bu viran olmuşu bütxanə yazmışlar.

Ayağın kəsmə məndən, saqiya, pəşminəpuşəm deyn,
Məni lövhi-əzəldə sərsəfi-məstanə yazmışlar.

Nə vəch ilə, dedim, qaşın düşüb kəc müshəfi-rudə,
Dedi: qanuni-xətdir, səhv imiş, ünvanə yazmışlar.

Sərü simayi-cananı çəkiblər bir-birindən xoş,
O ki, çeşmi-siyəhməsti bəsi şahanə yazmışlar.

Nədir həddi ola həmta mana gümnam aşiqlər,
Məni-divanənin adın neçə divanə yazmışlar.

Həram olsun görüm nanü nəmək, derlər, meyü badə,
Dəhən sirrini məxfi ğönçeyi-xəndanə yazmışlar.

İki meygun ləbin vəsfin sənin, ey şuxi-şirinkar,
Batırmış kilki-Xızrı çeşmeyi-heyvanə, yazmışlar.

Könül cəmiyyətindən naümidəm, Zakira, qismət
Onun hər parəsin bir navəki-müjganə yazmışlar.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info