Qonaq Kitabı
Cahan içrə mənim bir səngdil, bimehr mahım var

 

Cahan içrə mənim bir səngdil, bimehr mahım var,
Buti-peymanşikən, bir şuxçeşmi-gəcnikahım var.

Yolunda durrlər sərf eyləyibdir mərdümi-çeşmim,
Olurmu göz-gözə danmaq, iki adil guvahım var.

Nigarım zulfu tək qoymaz duşəm pabusuna bir dəm,
Pərişan halım ondandır, əçəb bəxti-siyahım var.

Mana mehrabu mənbər vəsfini təkrar edən vaiz
Utanmazmı, baxıb görsə bu surət qibləgahım var?

Könül şəhrin çapıb yəğmalədi ğəm ləşkəri, Zakir,
Neçin imdad qılmaz, bəs deyirdin padişahım var?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info