Qonaq Kitabı
Sana hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun

 

Sana hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun,
Rəqibi-ziştkarın aşikar, eybin nəhan tutdun.

Oğurlar dövri-ruyində səri-zülfün ərəq nəqdin,
Nə pakizə əmin tapdın, nə yaxşı pasiban tutdun.

Kilidi-məxzəni-hüsni sipahi-cinnə tapşırdın,
Hər iş kim, tutdun aləmdə, elə biimtahan tutdun.

Keçirdin bitəgəllüm şanədən geysuyi-pür-piçi,
Sana ənam lazımdır ki, əfsunsuz ilan tutdun.

Məbadə eyləyə gendən nəzarə mərdümi-çeşmim,
İki hindü kamandarın həmişə didəban tutdun.

Rəqib etdi xəyanət rubəru, keçdin rəvan ondan,
Mənim həqqimdə hər böhtan dedilərsə, rəvan tutdun.

Danışdın qaşü gözlə hər yetən naəhl ilə, zalım,
Şikəstə Zakiri gördükdə ox çəkdin, kəman tutdun.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info