Qonaq Kitabı
Qəsdin budu gər xatiri-biçarə dağılsın

 

Qəsdin budu gər xatiri-biçarə dağılsın,
Bir şanə çək ol türreyi-tərrarə dağılsın.

Ver zib rüxi-alına, çıx xanədən, ey məh,
Məh daldalanıb, əncümü səyyarə dağılsın.

Tənha dili-məhzunə həqiqətdə cəfadır,
Bir parə oxundan de təni-zarə dağılsın.

Açmış bu gün ol sərvi-səhi töhfeyi-hüsnün,
Xüddamləri mücdeyi-bimarə dağılsın.

Bir ləhzə o birəhmə nihan şərhi-ğəmim var,
Allahı sevərsiz, deyin əğyarə dağılsın.

Vəhmim budu, yol verməyələr ləxti-cigərdən
Təqsim eləyim, hər itə bir parə dağılsın.

Göz mərdümi məşqi-xəti-hüsnün həvəs eylər,
Ey çeşm, bu levhündə olan qarə dağılsın.

Birənc nə mümkündür ola gənc müyəssər,
Zakir, dəmi-əfsun oxu şəhmarə, dağılsın.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info