Qonaq Kitabı
Səri-kuyində məzari-məni-məhzuni görən

 

Səri-kuyində məzari-məni-məhzuni görən
Tutar ol dilbəri-peymanşikəni xuni, görən?

Mütləqa əzmi-təmaşayi-külü sərv etməz
Arizi-alə baxan, qaməti-mövzuni görən.

Gənc əfi yatağı olmağına bəsdi güvah,
Dövri-hüsnündə onun həlqeyi-geysuni görən,

Küfri-zülfinə uyub bir sənəmə taət edər,
Danışıb badi-səbayə dili-məluni görən.

"Rəhm qıl çanına əbruyi-xəmə meyl etmə!"-
Qan ayağında sana çox dedi ol "nun"i görən.

Tutmadım pəndi-xarədmənd, özümdən düşdü,
Daşlar indi məni-əhvali-digərguni görən.

Tökülüb nəqdi-sirişkim çölə xərmən-xərmən,
Birə yüz fərq tutar məxzəni-Qaruni görən.

Qalmışam fərd, tapılmaz mana həmdərd, durub
Taparammı arasam Vamiqü Məcnuni görən?

Rövnəqi-eşq pozuldu, bilirəm, xublərə
Bağlamaz bel dəxi bu Zakiri-məğbuni görən.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info