Qonaq Kitabı
Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən

 

Yoxdu bu bəzmdə gərçi sitəmi-yarı görən,
Eylə bilsin ki, görüb dideyi-xunbarı görən.

Munca kim zülm edər, insafü mürüvvət axır
Salacaqdırmı onun könlünə bir tarı, görən?

Xəstədillər nə çəkir bəstəri-möhnətdə, bilir
Nərgisi-məstə baxan, ğəmzeyi-xunxarı görən.

Aşiqin halı pərişanü təbah olduğunu
Fəhm edər zülfi-pərişanü siyəhkarı görən.

Tuta gər Yusifi-gümgəştə nəbati-Misri,
Eyləməz meyl ləbi-lə'li-şəkərbarı görən.

Yanar əhvalına pərvanəsifət şanələrin,
Piç-tabü girehi-türreyi-tərrarı görən.

Mütləqa ol məhi-bimehrə dəxi meyl etməz
Kunci-ğurbətdə gəlib Zakiri-bimarı görən.



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info