Qonaq Kitabı
Nə üzdür bu ki, kəsb eylər ziya şəmsü qəmər andan

 

Nə üzdür bu ki, kəsb eylər ziya şəmsü qəmər andan,
Nə rüxdür bu ki, abü rəng alır gülbərgi-tər andan.

Həzər qıl, ey könül, ol zülfi-pürçinin xətasından,
Asılmış neçə-neçə sən kimi aşüftələr andan.

Dəhər sirrin, eşitdim xürdədandır, ğönçədən sordum,
Dedilər: bilməzik, gülşəndə yoxdur bir xəbər andan.

Cəfayi-zülfünün yüzdən birin şəhr edə bilməz dil,
Uzun illər şikayət eyləyə şəb ta səhər andan.

Yüzündən göz götürməm eyləsən yüz min səyasətlər,
Nigara, səxt müşküldür mana qəti-nəzər andan.

Həvayi-kakilin ömri-cəvani verdi yəğmayə,
Əlilü pirəm, ancaq var sərimdə bir əsər andan.

Ayaq çək, Zakira, bəsdir, bəqasız dəhr bağından,
Dərib kim dərdu möhnətdən sivayi bir səmər andan?




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info