Qonaq Kitabı
Ol gün ki, bu xakidanə düşdüm

 

Ol gün ki, bu xakidanə düşdüm,
Tiri-fələyə nişanə düşdüm.

Bildim sitəmü ğəmü ələmdir
Çərxin rəvişi, fəğanə düşdüm.

Eşq aldı əlimdən ixtiyarım,
Rüsvay oluban cahanə düşdüm.

Bir Leylimisal yarı gördüm,
Məcnun kimi xanə-xanə düşdüm.

Əqlimi verib mətai-eşqə,
Sud eyləmədim, ziyanə düşdüm.

Oxşar ləbini dedim, şərabə,
Qan eyləmədim ki, qanə düşdüm?!

Zakir, nə yamanlıq eyləmişdim
Bilməm ki, belə yamanə düşdüm.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info