Qonaq Kitabı
Basdı qədəm başıma sərvi-səhiqamətim

 

Basdı qədəm başıma sərvi-səhiqamətim,
Keçdi fələkdən yenə dəbdəbeyi-rif'ətim.

Rəhgüzəri-yardə dəfn qılın cismimi,
Nəli-səməndi düşüb sikkələnə türbətim.

Can quşu məskən tutub, dəymə, səba, zülfünə,
Dərhəm olub aşiyan, dağılı cəm'iyyətim.

Ol səri-ku itləri içrə yerim var idi,
Adəm idim xəlq ara, özgə idi hörmətim.

Niyyətim oldur dönüm başına pərvanəvar,
Dönsəm əgər başına hasil olur niyyətim.

Pənbeyi-daği-cünun məhz kəfəndir mana,
Billah ölən vəqtdə kimsəyə yox minnətim.

Deyri-xərabat ara bir sənəmə talibəm,
Məscidə yox rəğbətim, mənbərə yox taətim.

Qasimi-kəmqismətəm, qasimi-rəzzaqdən
Dəlq qəba xələtim, nani-cəvin qismətim.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info