Qonaq Kitabı
Cövrü cəfavü dərdü ğəmi-yarə qaniəm

 

Cövrü cəfavü dərdü ğəmi-yarə qaniəm,
Tiği-sitəmlə gər cikərim yarə, qaniəm,

Təqsim edəndə itlərinə süfrə-süfrə nan,
Hər ruz bəxş edə mana bir parə, qaniəm,

Gün kimi simtən degiləm kuyinə düşəm,
Gendən nəzareyi-dərü divarə qaniəm.

Üşşaq yardən nəzəri-mərhəmət dilər,
Mən növki-çeşmi-məstü cikərxarə qaniəm.

Eşqi onun ola mana gər mucibi-səğər,
Zülfü sanınca yandıralar narə, qaniəm.

Əzbəs ki, var nisbəti keysuyi-dilbərə,
Qəbr içrə nişi-əqrəbü şəhmarə qaniəm.

Rövşəndi ol nigarə ki, cismi-fikarımı
Pərvanəvar salsalar odlarə, qaniəm.

Həqqi budur ki, təneyi-əğyardən siva,
Hər cövrü zülm yetsə dili-zarə, qaniəm.

Eşq əhli dəgşirür ğərəzin dəmbədəm, vəli,
Mən Zakirəm, həmin elə didarə qaniəm.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info