Qonaq Kitabı
Fəsli-bahar gəldi, könül, şad kam bul

 

Fəsli-bahar gəldi, könül, şad kam bul,
Yox etibar gərdişi-əyyamə, cam bul.

Naseh haram deyərsə meyi, söylə sən ona:
Mən püxtə olmuşam, get özün kimi xam bul.

Bir neçə yarü həmdəm ilə künci-bağdə,
Vəqti keçirmə, badeyi-gülnar-fam bul.

Eylə sücud sidq ilə əbruyi-saqiyə,
Ol sərvqamətin nəzərində qiyam bul,

Yoxdur davamı zahidi-xuddar lütfünün,
Tap bir pərivü rahəti-eyşi-müdam bul.

Vaiz kəlamə baxmasa bilməz nədir cəvab,
Oldur cəvab: mürşidi-hafizkəlam bul.

Zinhar girmə məscidə, bihörmət olmagil,
Var, paytəxti-meykədəyə, ehtiram bul.

Həq söz budur ki, mədrəsədir dari-qalü qil,
Qovğayə salma kəndini, Darüssəlam bul,

Eşq əhli getdi hər biri bir ismü rəsmlə,
Zakir, oturma sən dəxi bir niknam bul.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info