Qonaq Kitabı
Dəftərin yum, ey münəccim, kizbinə oldur dəlil

 

Dəftərin yum, ey münəccim, kizbinə oldur dəlil,
Zülf rulə tənləşib, dersən hələ bayram dekil?

Gecə-gündüz hər zaman olsa müsavi eyd olur,
Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il.

İldə bir yelda gəlir ayinü rəsmi-dəhrdə,
Bu nə yeldadır kəzir ayın yanınca müttəsil?

Sən deyirdin ki, olur hər ay başında bir hilal,
Qıl nəzər, bir ay başında ikisin gör, ol xəcil!

Kor deyilsən, müştəri çeşmilə bax, gör Zöhrədə
Varmı bu ənvar, bu rəftar, bu hüsni-cəmil?

Sərbəsər seyri-kəvakib, gərdişi-dövri-qəmər,
Nüsxeyi-hüsnündədir, dərs al, hamı əhgamı bil!

Zinhar pəndim eşit, Şərhi-Mütəvvəldir saçı,
Yetmək olmaz intəhasına, bəri başdan çəkil!

Gəh tülu eylər üfüqdən könlümüz rövşən qılar,
Gəh səhabı zülf ilə örtər, biz olluq tirədil.

Ah, bilməm neyləyim, aldı qərarım, Zakira,
Ol məhi-namehriban, ol dilbəri-peymanküsil.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info