Qonaq Kitabı
Zərdü zəif etsə ğəmin hər zaman məni

 

Zərdü zəif etsə ğəmin hər zaman məni,
Filfövr əşki-al qılır ərğəvan məni.

Təhqiq üzari-yar çəkər rənc zülfdən
Kim, gecə munca xabdə sancar ilan məni.

Təndən oxun, o yarə deyin, bari çəkməsin,
Hicri qılır onun dəxi də natəvan məni.

Bir nəxli-pürşərərdi qədim, mürği-can, saqın!
Məcnun səri sanıb eləmə aşiyan məni.

Ləli-ləbinə badə dedim, tökdü qanımı,
Xuni degil o məh, yeridir, tutdu qan məni.

Şami-vüsal xali gərək xanə ğeyrdən,
Şəmi keçir ki, sayən edər bədgüman məni.

Zakir, usanmadın o qədər eşqdən ki, ta
Candan usandıdı sitəmi-bigəran məni.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info