Qonaq Kitabı
Yox bu cahanda dilbəri-ziyba sənin kimi

 

Yox bu cahanda dilbəri-ziyba sənin kimi,
Firdovsdə məgər ola hura sənin kimi.

Aşubi-dəhr, fitneyi-dövran, bəlayi
Çeşmi-zəmanə görməyib əsla sənin kimi.

Şamü səhər dərində fəğan eylər əhli-dərd,
Ey şux, varmı talibi-qovğa sənin kimi?

Yüz nəqdi-canı bir oxa alsan əcəb degil,
Aləmdə kimdi mahiri-sövda sənin kimi.

Abi-həy at çeşmeyi-ləli-ləbindədir,
Olmaz bəqayi-Xizrü Məsiha sənin kimi.

Başdan əyağə pərtövi-ənvarsə, Gəlim
haşa ki, göstərə yədi-beyza, sənin kimi.

Bir Yusif adlı Misrdə, derlər ki, sabiqa
Xəlq eyləyibdi xaliqül-əşya sənin kimi.

Bangi-dəhəl gəlir xoş iraqdan, inanmazam,
Növi-bəşərdə hüsn ola haşa sənin kimi.

Kuyində xəstə Zakirə bir yer binası qıl,
Yoxdur behiştdə mənzilü məva sənin kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info