Qonaq Kitabı
Kim dersə var dəhrdə rüsva mənim kimi

 

Kim dersə var dəhrdə rüsva mənim kimi,
Yox etibar əqlinə əsla mənim kimi.

Çeşmi-zəmanə görməyib ömründə mütləqa,
Səhranəvərdü badiyəpeyma mənim kimi.

Fərhadü Qeys şöhreyi-şəhr oldu bir. zaman,
Onlar degildi sərsəri əmma mənim kimi.

Mən ğərqeyi-mühiti-bəlayəm, olur necə
Rahətgüzini-sahili-dərya, mənim kimi.

Müştaqi-çeşmü valehi-əbru olan gərək
Tiri-cəfadən etməyə pərva mənim kimi.

Gözdən iraqə qoymaya xali xəyalını
Ta ruzi-həşr mərdüməkasa mənim kimi.

Dövri-dərinə kimsəni qoymaz səgi-səra
Bir müddət üns tutmayalar ta mənim kimi.

Mehlik görüb ğəmini çəkildi bəlakəşin,
Ey şux, kimdi mərgə mühəyya mənim kimi?

Zakir, əgərçi naləvü əfğanə meyli var,
Olmaz nəvadə bülbüli-şeyda mənim kimi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info