Qonaq Kitabı
Saldı məni ayaqdan ğəm, ver piyalə saqi

 

Saldı məni ayaqdan ğəm, ver piyalə saqi,

Yoxdur bir ondan özkə üftədələr dayağı.

Ol gül'üzar məndən ayrıldı nisfi-şəbdə,
Sübh açılınca yanmaz heç kimsənin çirağı.

Qoymaz düşə nigarım payinə dürri-əşkim,
İnsafdırmı salmaq gözdən yetim uşağı.

Şahnazımı müxalif dövran gətirmədi rast,
Gəzdim Dügəh, Hicazı, Azərbaycan, İraqı.

Məndən degil toxunmaq bir-birinə xadəngin,
Ayinü rəsmdir bu-sevməz qonaq qonağı.

Mili-mücənmi bilməm əbrulərə çatıb sər,
Memarisün yoxsa tutmuş sütunə tağı?

Sövdayi-xalü xəttin əymiş qədim nihalın,
Zağü zəğən hücumu eylər düta budağı.

Zülfi-siyah içində sərgəştə könlüm itdi,
hindü həbəş gəzildi, tapılmadı sorağı.

Zülfün zəbani-şanə ayırdı bir-birindən,
Dildir edən pərişan məcmui-ittifaqı.

Çeşminlə məstlikdə sağər dəm urdu, billah,
Almış həramzadə başına qan çanağı.

Əsdi nəsimi-nüsrət, Zakir, behəmd-lilləh,
Fəth etdi sərvəri-vəsl cəmiyyəti-fəraqı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info