Qonaq Kitabı
Nola gər saxlar isəm təndə dilü cani əziz

 

Nola gər saxlar isəm təndə dilü cani əziz,
Bir pərinindir, onunçun tutaram ani əziz.

Qılmışam nəzr onu mən ol səri-ku itlərinə,
Rəsmü ayindir, əzizin olu qurbani əziz.

Əşkimi, çöhreyi-zərdimi görüb qədr etməz,
Mən eşitmişdim edər simü zər insani əziz.

Atəşi-eşqi-dərun ilə ərindi axır,
Saxlar idim neçə əyyam idi peykani əziz.

Naqisəm, alsam əgər bir kələfi-rismanə,
Misri-dildə sata ol Yusifi-Kənani Əziz.

Mana nisbətdi siyəhbəxtü pərişanlıqda,
Vəchi oldur tutaram zülfi-pərişani əziz.

Zakiri-xəstədilə rəhm qıl, ey sərvi-rəvan,
Novcavanlar tutar, adətdi ki, pirani əziz.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info