Qonaq Kitabı
Nə müddətdir mana ol sərvqamətdən xəbər gəlməz

 

Nə müddətdir mana ol sərvqamətdən xəbər gəlməz,
Qiyamətdir məgər, bir qasidi-nikusiyər gəlməz?

Rəhi-vəslində, ey göz mərdümü, bihudə seyr etmə
Ki, mən çox görmüşəm peymanşikən, gəlləm,-deyər, gəlməz.

Mətai-Çinə istərdim verim varım, dedi zülfü;
Xəta gər dəyməyə bizdən, bu sövdadən zərər gəlməz.

Bilib, qürbi-gəda mümkün degil sərdar bəzmində,
Budur vəchi ki,mütləq kuyuna şəmsü qəmər gəlməz.

Bəsani-şəmi-məhfil gecələr ta sübhədən yannam,
Məni-dildadəyə səngindilin rəhmi məgər gəlməz?

Xədəngi bari-əvvəl köksümə bir gəz dəkib keçdi,
Nədəndir, bilməzəm, lütf eyləyib bari-digər gəlməz.

Edər düşdükcə vaiz vəsf abi-Kövsəri, əmma
Mükərrər ləli-nabın tək hədisi-mötəbər gəlməz.

Ayağın bassa saqi başım üzrə canə minnətdir,
Neçin zöhd əhldən bir dərdməndə xeyrü şər gəlməz.

Nə bir namə, nə bir qasid, nə bir peyki-səba,
Zakir Tutuşdu atəşi-hicrə dilü canü cikər, gəlməz.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info