Qonaq Kitabı
Gözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmaz

 

Gözüm qaldı eşikdə, yar dövlətxanədən çıxmaz,
Kəsibdir şəfqətin aya məni-divanədən, çıxmaz.

Tələb qıldım təbibimdən dəva, döndərdi üz məndən,
Bu iş kim, aşinadən verdi üz, biganədən çıxmaz.

Mədəd qıl, ey əcəl, al canı, təndən çıxmadan ta can,
Yəqinimdir, onun dərdi dili-viranədən çıxmaz.

Xətadır zülfi-pürçinin, nigarım, şüstü şu etmək,
Otursa sübhdən təşt üzrə ta şəb, şanədən çıxmaz.

Necə mən olmayım avareyi-ğürbət, rəqib indi,
Deyər ki, çün filanidir gələn, astanədən çıxmaz.

Gözün xunrizdir əlhəq, degil ğəmzən kimi muzi,
Töküb qan, xəlqdən gəzmək nihan, mərdanədən çıxmaz,

İnanma arizin fikri çıxa Zakir xəyalından,
Ölüncə atəşin zövqü dili-pərvanədən çıxmaz.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info