Qonaq Kitabı
Dili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmaz

 

Dili-üşşaqə gərçi qeydi-zülfündən fərar olmaz,
Götürmə bəndi-zəncirin, əsirə etibar olmaz.

Rüxün dövründə ey gül, naleyi-zarımdan incinmə,
Bu ayini-cahandır, hiç bülbülsüz bahar olmaz.

Dedim: cana, məni agah qıl sirri-dəhanından,
Dedi: məzur tut, elmi-müəmma aşikar olmaz.

Günəş rüxsarına hərdəm tökər zülfi-siyəhfamı,
Bu minval ilə keçsə aşiqin leyli nəhar olmaz.

Ğubari-xatirim əfzun olur göz yaşı tökdükcə,
Su oynağı olan mənzildə bəs derlər ğubar olmaz,

Sərasər cismimi surax-surax etdi peykanın,
Behəmdilləh, dəxi indən belə dil tirə-tar olmaz,

Qiyamət rəstəxizində bu şəkl ilə qiyam etsən,
Tutarlar Zakiri məzur, mütləq şərmsar olmaz.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info