Qonaq Kitabı
Bayram günüdür, zövqü səfa xanələr içrə

 

Bayram günüdür, zövqü səfa xanələr içrə,
Cananım oturmuş neçə cananələr içrə.

Bir hiylə ilə gizlənərdim zülf arasında,
Pünhan gedə bilsəydim əgər şanələr içrə,

Könlüm quşu pərvaz qılır kuyi-nigarə,
Zahir ki, onun qisməti var danələr içrə.

Dil mülkünə göndar həşəmi-dərdü fəraqı,
Şənlik düşə ta bəlkə bu viranələr içrə.

Hicran ğəminin badeyi-gülgundur əlacı,
Vazeh danışırlar bunu meyxanələr içrə,

Əzbəs ki, mana şəfqəti var piri-muğanın,
Camım doludur gör necə peymanələr içrə,

Ha böylə məni əql xərab eylədi, yoxsa
Bir adəm idim əvvəli divanələr içrə,

Haşa çəkib əl həmrəhi-dirinələrimdən.
Bir dəm dolanam aqilü fərzanələr içrə,

Kəm tutma rəhi-eşqdə bu Zakiri kim, var
Yanmaqda onun şöhrəti pərvanələr içrə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info