Qonaq Kitabı
Əgərçi dönmədi, ey dil, fələk mədarın ilə

 

Əgərçi dönmədi, ey dil, fələk mədarın ilə,
Özü həm olmadı asudə ahü zarın ilə.-

O yandıdı səni hicr atəşinə, yandırdın,
Həzar bar anı ahi-pürşərarın ilə.

Müyəssər olmadı vəslin, dönə-dönə aldın
Qərarım, ey güli-tər, əhdi-biqərarın ilə.

Bəsani-mari-gəzidə sızıldaram ta sübh,
Şəbi-fərağ ğəmi-zülfi-tabdarın ilə.

O gün həyatdən ümmid kəsdim, əbrulər
Ki, oldu həmsər iki nərgisi-xumarın ilə.

Özündən oldu meyə bəzmdən kənar olmaq,
Ğələtdi bəhs ləbi-ləli-abdarın ilə.

Diyari-yarə yolun düşsə, ey səba, söylə
Ki, eldü Zakiri-biçarə intizarın ilə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info