Qonaq Kitabı
Rəqibi görməyə mümkün olaydı yarım ilə

 

Rəqibi görməyə mümkün olaydı yarım ilə,
Gedərdim ol səri-kudən öz ixtiyarım ilə.

Gəzərdim itləri içrə dərində bipərva,
Ziyadə tapmış idim rütbə etibarım ilə.

Hər ay başında bir ox növki-ğəmzədən ücrət
Gərək mana yetişə-şərt budur nigarım ilə.

Qoyanda qəbrə məni örtməyin, gəlib dilbər,
Nə göftku edəcək ta görüm məzarım ilə.

Töküb sirişk gözündən, deyərmi: ah, əfsus,
Ki, həsrət öldü bu biçarə intizarım ilə.

Təğafül eyləsə birdəm o səngdil, deyərəm,
Fəğan ilən tutuban damənin ğubarım ilə.

Bağışla cürmümü, ey şux kim, həyatımda
Çox etmişəm səni azürdə ahü zarım ilə.

Gəlib xuramə gəz indən belə boyun uzunu,
Gil olmuş idi dərin çeşmi-əşkbarım ilə.

Rəqibi məhrəmi-bəzmi-visal eyləmə kim,
Cahana od salıram ahi-pürşərarım ilə.

Şükür xudayə ki, basdın məzarım üzrə qədəm,
Şikəstə Zakirəm, əhdim bu idi tarım ilə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info