Qonaq Kitabı
Vurub dün bərki-gül həmrənkgik lafın dodağilə

 

Vurub dün bərki-gül həmrənkgik lafın dodağilə,
Səba torpağə salmış, hər yetən tapdar ayağilə.

Qalırdım, gizlənib billəh müsəlsəl zülf arasında,
Əkgr bir hiylə ilə, gedə bilseydim dərağ ilə.

Nə hacətdir şəbi-hicran ara hali-dilim sormaq,
Bilirsən rövşən olmaz aşiqin bəzmi çirağ ilə.

Cigər qanindən özgə əkl bilməz dildə peykanın,
Diriğa ki, səri-karım düşüb bədxu qonağ ilə.

Degil şəbnəm, götürmüş başə nəqdi-hasilin yeksər,
Nisari-məqdəminçin lalələr, güllər təbaq ilə.
Yetişdi başə ömrüm, olmadı məqsudi-dil hasil,
Bugün-fərda deməkdən canə yetdim iştiyaq ilə.

Nə müşküldür ki, asan olmaya tədric ilə, Zakir,
Müdara edə bilseydin əgər müddət fəraq ilə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info