Qonaq Kitabı
Dün hökm qıldı qətlimə ol şəh itab ilə

 

Dün hökm qıldı qətlimə ol şəh itab ilə,
Şad eylədi ggədasını bu xoş cavab ilə.

Olsun qara üzü görəyim qanlı ğəmzənin,
Öldürmədi məni, genə qoydu əzab ilə.

Zülfi siyahlər ğəmini şam ta səhər,
Ömri-dirazdır çəkirəm piçü tab ilə.

Ol gül üzardə ərəqin xoş səfası var,
Türfə budur ki, saziş edər atəş ab ilə.

Öldürməsən və sud mana bərqi-tiğdən,
Mümkün dekil ki, siyr ola təşnə sərab ilə,

Gündüz üzün ğəmi, gecə zülfün kəşakəşi,
Asayişim nə xürd ilə hasil, nə xab ilə.

Zakir o şux nərgisi-məstin xərabıdır,
Ha böylə sərxoş olmaq olurmu şərab ilə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info