Qonaq Kitabı
Can cilvələnir qaməti-mövzunu görəndə

 

Can cilvələnir qaməti-mövzunu görəndə
Dil tazələnir arizi-dilcunu görəndə.

Zənciri-cünunə birə yüz rəğbətim artır,
Rüxsari üzə zülfi-pürəfsunu görəndə.

Pür-piç oluram hərdəm oda düşmüş ilan tək,
Ol arizi-gülnardə geysunu görəndə.

Dağıldı xiridari-ğəmi-eşqin olanlar,
Bu mərdümi-çeşmim tökən altunu görəndə.

Gəlmişdim edəm mərdümi-çeşminlə müdara,
Bildim ki, düzəlməz bu iş əbrunu görəndə.

Xunxarəliki eyb dekil nərgisi-məstin,
Hər kim ola qaynar qanı gülgunu görəndə.

Ey əhli-hünər, cəm degil Zakir həvası,
Eyb eyləmə şerindəki məzmunu görəndə.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info