Qonaq Kitabı
Dəhənin ləlinə var həddən əfzun aşiq

 

Dəhənin ləlinə var həddən əfzun aşiq,
Ğönçəvəş yoxdu, vəli, mən kimi dilxun aşiq.

Düşsə küstax səri-kuyinə gün, qəhr etmə,
Nə bilir rəsmü rəhü adətü qanun aşiq.

Dili-suzanə tərü xüşk nə kim düşsə yanar,
Çəkərək at oxun, eylər səni məğbun aşiq.

Munca kim, əşk saçar, keçsə əgər bir müddət,
Cəm edər hər biri səd məxzəni-Qarun, aşiq.

Hicrdə müttəsil ümmidi-visal ilə xoşam,
Gəlməyib aləmə bir mən kimi məmnun aşiq.

Eydi-novruz geyər xəlq qəbayi-əhmər,
Gündə əşk ilə qılır rəxtini gülgun aşiq.

Daməni-vəslə yetə gərdi-məzarı şayəd,
Rəhgüzarında gərəkdir ola mədfun aşiq.

Duş gördüm ki, girib məscidə eylər tövbə,
Döndərib meykədədən yüz neçə məlun aşiq.

Var min aşiqin, əmma hanı bu Zakir tək,
Deyən əşar qədi-sərvinə mövzun aşiq.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info