Qonaq Kitabı
Gərçi edib çoxların ğəmzədəvü zar eşq

 

Gərçi edib çoxların ğəmzədəvü zar eşq,
Yoxdu vəli mən kimi hiç giriftari-eşq.

Çəkmə cəfa, ey təbib, zaye olur zəhməqan,
Ləli-ləbi-yardır çareyi-bimari-eşq.

Seyli-sitəm aləmi ğərqə verər, olmasa
Zövrəqi birlə əgər xəlqə nigahdar eşq.

Mən necə meyxanədən əl götürüm, ondadır
Şamü səhər məcməi-həmdəmü həmkari-eşq

Kövsər ilə badədə fərq budur: nisyəni
Sud hesab eyləməz taçiri-bazari-eşq.

Müğbəçeyi-gülüzar, saqiyi-siminbədən,
Mütribi-kakilşikən, çəngü dəfü tarü eşq.

Vamiqü Fərhadü Qeys getdi hamı nimməst,
Yox bu kühən deyrdə mən kimi sərşari-eşq.

Hər biri bir canibə etdi fərar əqlü huş,
Mülki-dili paytəxt edəli sərdari-eşq.

Duş gəzərkən yolum düşdü dəri-məscidə,
Gördüm oturmuş neçə müngiri-əsrari-eşq,

Əl götürüb dərgəhi-hacətə övrad oxur,
Zöhdü riyadən nə süd, olmasa asari-eşq,

Hər biri bir divdir surəti-insandə,
Yoxsa olarda hanı həqqə səzavar eşq.

Talibi-canan gərək canü cahandan keçə,
Sudü ziyan gözləməz mərdi-xiridari-eşq.

Sanma ki, qürbi-həqə yol bulasan bitəəb,
Eyləməmiş imtəhan ta səni səd bar eşq.

Payi rəhi-səydə abiləriz olmamış,
Dəsti-Kəlim olmadı məzhəri-ənvari-eşq.

Atəşi-duzəx sana gülşən olur, qəlbini
Buteyi-ixlasdə yandıra gər nari-eşq.

Səhvü şəkin aləmi əmri-əlahiddədir,
Şəkk var ol əmrdə, ğeyrdir ətvari-eşq.

Xüm dibinə dürdvəş yatmayasan salha,
Piri-müğan eyləməz məhrəmi-əsrari-eşq.

Məsiyətə ğərqdir, ah, əgər yetməyə .
Dadına bu Zakirin qafiləsalari-eşq.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info