Qonaq Kitabı
Gərçi tutub aləmi şurişü ğövğayi-eşq

 

Gərçi tutub aləmi şurişü ğövğayi-eşq,
Yoxdu cahanda vəli mən kimi rüsvayi-eşq.

Canü dilü əqlü huş cümlə müsəlləm ona,
İndi nədir bilməzəm daxi təmənnayi-eşq.

Xuni-dili dişrəyə mərdümi-çeşmim tökər
Kim, gərək ari ola mənzilü məvayi-eşq.

Dur yola düş, ey təbib, çarə mənim dərdimə
Ləli-ləbi-dilbəri yazmış ətibbayi-eşq.

Vaizi-əfsanəku dün məni neyrəng ilə
İstər idi döndərib eyləyə tərsayi-eşq.

İş mana qalsaydı gər, keçmiş idim badədən,
Tal'e edib yarlıq, qoymadı danayi-eşq.

Dərgəhi-piri-muğan-məlçəyi-əmnü əman,
Xanəgəhi-meyfiruş-bəzmi-dilarayi-eşq.

Zahidi-sahilnişin, bəhri-bəladən saqın,
Kamə çəkər Yunisi mahiyi-dəryayi-eşq.

Sal təni-napakinə xirqeyi-sədparəni,
Hər qədə layiq dökül xələti-zibayi-eşq.

Qeyslə həmdərs idim, qaldı o "Vəlleyl"də,
Naqis imiş, olmadı vaqifi-mənayi-eşq.

Badiyeyi-hicrdə Zakiri-gümgəştəyə,
Oldu əcəb rahbər mürşidü mövdayi-eşq.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info