Qonaq Kitabı
Dün eylədim nəzərə bəsi lalə dağına

 

Dün eylədim nəzərə bəsi lalə dağına,
Gəlməz o dağ, daği-dərunum ayağına.

Gəlmişdi bəhsə, teyyi-mərahil qılıb günəş,
Qoydu rüxün yetən kimi eybin qabağına.

Bir pakzadi-nadirəsən, almayıb hənuz,
Sən kimi tifli mədari-giyti qucağına.

Ver guşimal mehrə ki, çox xudnümalənir,
- Əzbəs ki, bir yol adı dəgibdir qulağına.

Əzmi-çəmən qılır bu gün ol sərv, qorxuram
Bərki-hənəvü gül dolaşa əl-ayağına.

Ömri-dirazdır, çəkirəm zülf rəncəsin,
Bir tari-muyi keçmədi könlüm darağına.

Əksi-ləbin səadətini bulmasaydı mey,
Meyl eyləməzdi hiç kəs ol qan çanağına.

Versin nə növ hadisə üz versə Zakirə,
Müşküldü səbr yari-əzizin fərağına.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info