Qonaq Kitabı
Künəş pərtövəfkənliyi

 

Künəş pərtövəfkənliyi
Rüxi-ziybadən öyrənmiş.
Tuti şəkkər-şikənliyi
Ləbi-guyadən öyrənmiş.

Zülfün könüllər pənahı,
Qaşlarındır qibləgahı;
Ahular tərzi-nigahı
Çeşmi-şəhladən öyrənmiş.

Sərkeşliyə olub mötad,
Üftadəsin eyləməz yad;
Bu şivəni sərvi-azad
Qədi-rənadən eyrənmiş.

Düşdükcə yadıma tellər,
Sızıldaram uzun illər;
Ahü əfğanı bülbüllər
Dili-şeydadən öyrənmiş.

Zakir tək mərdü mərdanə
Can verir vəsli-cananə;
Oda yanmağı pərvanə
Məni-rüsvadən öyrənmiş.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info