Qonaq Kitabı
Dedim dilbərə; ey zalım

 

Dedim dilbərə; ey zalım,
Bu qədər də qan olurmu?
Dedi: pərvanə yanmaqdan
Şəmə bir nöqsan olurmu?

Eşq əhlinə ol şəkərləb
Hər görəndə eylər rəzəb.
Öldürəndən sonra, yarəb,
Görən, peşiman olurmu?

Dil bağladım bir dilbərə,
Yıxdı evimi göz görə;
Əqli olan, gözəllərə
Valehü heyran olurmu?

Sevdiyim, allahı sevər,
Ahımdan eyləmə həzər;
Ta əsməsə badi-səhər
Ğönçələr xəndan olurmu?

Təbibə götürüb pərdə,
Dedim: bir od var cigərdə;
Dedi: Zakir, elə dərdə
Təbibdən dərman olurmu?

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info