Qonaq Kitabı
Bu növi qaşü göz olmaz

 

Bu növi qaşü göz olmaz,
Məgər bəxşi-xudadır bu?
Hər atanda yüz qan eylər,
Qiyamət oxu yadır bu.

Dərində, ey padişahım,
Əflakə yetişdi ahım;
Bir demədin, qibləgahım,
Görün necə gədadır bu.

Bu qədər eylərəm şivən,
Sanma vəslin dilərəm mən.
Həmin bu yetər deyəsən
Kim, bizim binəvadır bu.

Məni-bidil, biqərarı
Öldür, qurtar səni tarı!
Kuyində görmək əğyarı-
Əlhəq, mana cəfadır bu.

Yaya girib iki hindu,
Ox atar Zakirə hər su;
Çox görmüşəm çeşmü əbru,
Göz deyil, bir bəladır bu.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info