Qonaq Kitabı
Bənzər meyxanədə sərxoş

 

Bənzər meyxanədə sərxoş
İki tərsayə gözlərin.
Dəxi sürmə nə hacətdir,
Can alır sayə gözlərin.

Kaman qaşın peyvəstdir,
Oxları dilnişəstdir,
Guya hinduyi-məstdir
Giribdi yayə gözlərin.

Zülfün könüllər məskəni,
Pabəst eylər hər görəni;
Məcnun tək, aqibət, məni
Salır səhrayə gözlərin.

Neyləmişəm o xunxarə,
Müttəsil baxar əğyarə,
Bir dəm eyləməz nəzzarə,
Məni-rüsvayə gözlərin.

Bir tərəfdən artırır ğəm,
Bir tərəfdən edir mərhəm,
Həm öldürür Zakiri,
Həm qaçar hərayə gözlərin.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info