Qonaq Kitabı
Gözəl çox olur, sevdiyim

 

Gözəl çox olur, sevdiyim,
Sən ən ziyadə göyçəksən;
Zikri-ləbin dəhanımı
Gətirir dadə, göyçəksən,

Seylədi behiştdən gələn;
Sənin tək yoxdu müstəhsən.
Əvvəl elə bilirdim mən
Bizim aradə göyçəksən.

Aşiq alıbdır dörd yanın,
Atarsan növki-müjganın,
Əsirgəməzsən peykanın,
Əcəb üftadə göyçəksən.

İxtilatındır məzəli,
Sözündən canlar təzəli,
Ellərdi bəzək gözəli,
Vəli, sən sadə göyçəksən.

Hədyan söylər öz-özünə,
Qatışma onun sözünə;
Giribsən Zakir gözünə,
Bilməzəm yadə göyçəksən.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info