Qonaq Kitabı
Gecə-gündüz gözüm, könlüm

 

Gecə-gündüz gözüm, könlüm
Qan-yaş tökər yar əlindən,
Baş alıb gedim nə yanə
Bu iki xunbar əlindən.

Müddətdi, can idi xəstə,
Səngi-sitəmlə şikəstə;
Tapşırdım nərgisi-məstə,
Qurtardım bimar əlindən.

Düşmüşdü dili-divanə
Dami-zülfi-pərişanə,
Aldı bir şəkl ilə şanə
Türreyi-tərrar əlindən.

Məhşər günü pirü novrəs,
Şikayət edəndə hər kəs, B
əlkə deyəm, ey dadrəs!
Dad çeşmi-xumar əlindən!

Boynu buruq kəsib yanın,
Həmin ki, ola qurbanın,
Gəlməz Zakiri-şeydanın
Bundan reyri kar əlindən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info