Qonaq Kitabı
Neyləmişəm, incimisən

 

Neyləmişəm, incimisən
Yenə, ey gülbədən məndən?
Zahirən, vardır təzədən
Sana bir söz deyən məndən.

Ğəm evində zar olalı,
Eşqə giriftar olalı,
Yarımadıq yar olalı,
Nə mən səndən, nə sən məndən.

Mailəm çeşmi-ğəzalə,
Olmuşam dərdə həvalə,
Əl götürməz ahü nalə
Gecələr sübhədən məndən.

Pərişan etdin halımı,
Əyibsən qəddi-dalımı;
Nə deyim, tanrı zalımı
Xəbər alsa, görən, məndən?

Yox olub Zakirin varı,
Günbəgün artar azarı;
Xəbərdar eyləyin yarı,
Ey allahı sevən, məndən.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info