Qonaq Kitabı
Fələk, sana nə adətdir

 

Fələk, sana nə adətdir
Ayırmaq yarı yarından.
Məgər həzər etməzmisən,
Aşiqin ahü zarından?

Giriftari-kəmənd oldum,
Günbəgün dərdmənd oldum,
Boynuma keçdi, bənd oldum,
Bir muy zülfi-tarından.

Hər kimsə ki, aşiq ola,
Mənim kimi həsrət ölə,
Bir əlini qoyun çölə,-
Tanısınlar məzarından.

Rəhi-eşqində öldüm mən,
Gəlib görsə edər şiyvən;
Götürün, allahı sevən,
Nəşimi rəhgüzarından.

Qalmayıb şövkətü şanı,
Dəxi ol sən görən hanı,
Sevdi bir qönçədəhanı,
Zakir yox oldu varından.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info