Qonaq Kitabı
Hüsnün sultanı gözlərə

 

Hüsnün sultanı gözlərə
Tamam xanü paşa qurban.
Şəbnəm kimi gül üzündə
Qətrə-qətrə yaşa qurban.

Olmuşam dərdə həvalə,
Çəkirəm sübhədən nalə;
Əqlü huşum-zülfü xalə.
Mən özüm-yay qaşa qurban.

Götür tiğini dəstinə,
Dilü can sədqə şəstinə,
İki nərgisi-məstinə
Gətirmişəm qoşa qurban.

Bir aşiq bəsdir qurbana,
Batma munca nahaq qana;
Yatar dərində yan-yana,
Veribdir baş-başa qurban.


Qətl eylə Zakiri-zari,
Yoxdur özgə tələbkari,
Ondan ğeyri, səni tari,
Kəsmə, həddən aşa qurban.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info