Qonaq Kitabı
Nə faidə, ildə bir yol

 

Nə faidə, ildə bir yol
Olur lazım sizə qurban.
Mən istərəm sana gündə
Olam tazə-təzə qurban.

Əqlü huşü din, imanı
Etmişdim qaşın qurbanı;
Dur öldür, sevdiyim, Canı
Gətirmişəm gözə qurban.

Eşq əhli çüstü cuyində,
Dolanır dövri-ruyində,
Yatarlar səri-kuyində,
Tökülübdür düzə qurban.

Deyin sərvi-güləndamə:
Öldürsün, yetişim kama;
Müşküldür gələn bayrama
Acü susuz dözə qurban.

Siyəh zülfün kəmənd eylə,
Zakiri payibənd eylə;
Etibar yoxdu, bənd eylə,
Qoyma açıq gəzə qurban;




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info