Qonaq Kitabı
Hər aşiqin bir yarı var

 

Hər aşiqin bir yarı var,-
Əlamətdi mənim yarım.
Başdan ayağa naz ilə
Nəzakətdi mənim yarım.

Gedəndə, getməyib məndə,
Ayrılıb can, qaldı səndə;
Məhəbbət elə düşəndə,
Əmanətdi mənim yarım.

Çəkərsən ruyinə pərdə,
Salarsən aşiqi dərdə;
Üz gizləmək gözəllərdə .
Nə adətdi, mənim yarım?!

Şikəstə Zakiri görcək
Üstünə ğəmzə tiğin çək.
Aşiqə kuyündə ölmək .
Səadətdi, mənim yarım!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info