Qonaq Kitabı
Cəfa çəkdim, bağ yetirdim

 

Cəfa çəkdim, bağ yetirdim,
Glşəni xarə tapşırdım.
Bunca fikrü xəyal etdim,
Tapmadım çarə, tapşırdım.

Ölsəm qoyun, sizi tarı,
Yönümü dilbərə sarı.
Özüm əz əlimlə yarı
Bu gün əğyarə tapşırdım.

Nə qədər eylədim minnət,
Vəslinə vermədi fürsət;
Lailac olub, aqibət
Gənci şəhmarə tapşırdım.

Qaldım misali-pərvanə,
Eşq oduna yanə-yanə;
Canı göndərdim cananə,
Dili dildarə tapşırdım.

Xəstə Zakir kimi hanı
Könlü olan ğəm məkanı?
Mən öldüm, ahü əfğanı
Bülbüli-zarə tapşırdım.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info