Qonaq Kitabı
Bəhri-bəlayə ğərq oldum

 

Bəhri-bəlayə ğərq oldum,
Dişi durdanədən ayrı.
Yanmaqda məni bilməyin
Oda pərvanədən ayrı.

Saqi, məni-namuradə
Dərdi-sər vermə ziyadə;
Hərgiz içərəmmi badə
Çeşmi məstanədən ayrı?

Xəbər alsan mürği-canı,
Tari-mudur aşiyanı;
Bir-bir zülfi-pərişanı
Dolanır şanədən ayrı.

Sevdiyim məni dağ eylər,
Ğeyr ilə ittifaq eylər,
Hər zaman seyri-bağ eylər
Məni-divanədən ayrı.

Öləndə Zakiri-xəstə
Növcavanlar dəstə-dəstə
Gəlməsin qəbrimin üstə,
Deyin, cananədən ayrı.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info