Qonaq Kitabı
Bilməm neçin ölməyirəm

 

Bilməm neçin ölməyirəm,
Bərkiyibdir üzüm sənsiz.
Həq bilir ki, öz işimə
Təəccübəm özüm sənsiz.

Ğəmi-eşqin varə-varə
Əsər etdi dili-zarə.
Çıxsın, səndən özgə yarə
Əgər baxsa gözüm, sənsiz.

Nəzər sallam solü sağa,
Bir kimsə yox danışmağa,
Bu qədər dərdi-fərağa
Axır neçə dözüm sənsiz.

Gələ gör ki, nöcəvanım,
Qalmadı tabü təvanım;
Lal olub nitqi-zəbanım,
Tükənibdir sözüm sənsiz.

Zakirəm, çəkirəm əfğan,
Bülbül kimi şəbi-hicran,
Əli qoynunda, sərgərdan
Nə vəqtədən gəzim sənsiz?!




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info