Qonaq Kitabı
Laçın gözlüm, səndən cüda düşəli

 

Laçın gözlüm, səndən cüda düşəli,
Abi-rəngim qaçıb ağulanmışam.
Dönə-dönə yanıb canım cigərim,
Eşqin atəşinə ağulanmışam.

Dərs alıb oxudum yazığam mana,
Qış möhnət çəkdirir, yazığam mana,
Ver şəfa ləbindən yazığam mana,
Zəhri-fəraqınla ağulanmışam.

Yaslanıram ləlbin kimi dəryaya,
Xəstə cismim şəfa tapa, dəryaya,
Tut əlimi ğərq olmuşam dəryaya
Zovrəqim sınıbdır ağulanmışam.

Hicr əlindən pərişanəm üzüldi,
Qara bəxtim zülfün kimi üzüldi,
Dərdü ğəm çəkməkdən canım üzüldi,
Ömür keçib, indi ağulanmışam.

Mən Zakirəm dilim dönməz hər ada,
Göz yaşım tək ola bilməz hər ada,
Bir yol deməz görün qalıb hər ada,
Müddətdi dərində ağulanmışam

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info