Qonaq Kitabı
Nazlı dilbər bu gün gülşən seyrinə

 

Nazlı dilbər bu gün gülşən seyrinə,
Getdi, aparmadı üzülən məni.
Möhnət leşkərinin kirəkeşiyəm,
Qoymayın qatardan üzülən məni.

Dönə-dönə dərs almışam alimdən,
Dil mürğünə xallarından alimdən,
Səri-zülfün buraxmazam alimdən,
Əgərçi dişləyə üzülən məni.

Qorxuram ki, sək rəqiblər kəmalə,
Gecə-gündüz fikrim budur kəmalə.
Bəd əsillər çətin yetər kəmalə,
Əgərçi oxuya üzilən məni.

Kəs başını harda görsən ərindi,
Gəlməyibdi Əli kimi ərindi,
Yardan ayrı cismim elə ərindi,
Görsə də tanımaz üzülən məni.

Hicran atəşinə can bazarıdı,
Bağrım şan-şan edən can bazarıdı.
Vəsiyyət çağıdı, can bazarıdı,
Zakirəm, bilməyin üzülən məni.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info