Qonaq Kitabı
Gün cəmalın göz yaşımı qurutdu

 

Gün cəmalın göz yaşımı qurutdu,
Qoymadı bulut tək ayaqam məni.
Əl götürməz, gedər-gedər qayıdı,
Nə tapdaq eyləyib ayağam məni-

Qovğa günü Rüstəm ilə əzələm,
Gələ bilməz meydanıma əzələm,
Mən sərxoşi-peymaneyi-əzələm,
Xəlq məndən öyrənib ayağam məni.

Qaşlarındı rüxsarında sərayə
Həsrətindən rəngim dönüb sərayə.
Dost qədəmin basdı bizim sərayə,
Demənəm kimsədən ayağam məni.

Yığılıb bir yerə arxayın olmuş,
Deyirlər bizimlə arxayın olmuş.
Oturub evində arxayın olmuş,
İmtahan eyləmiş ayağa məni.

Zakir tək bəzmində oxumar oldum,
Bir kamanəbrudən oxumar oldum,
Ləli-ləbin sordum oxumar oldum,
Yoxsa ki, tutubdur ayağam məni.




 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info