Qonaq Kitabı
Dilbər, həsrətindən xəstə düşmüşəm

 

Dilbər, həsrətindən xəstə düşmüşəm,
Hicrin qoymaz duram ayağa məni.
Çulqala zülfünə, basdır dərində,
Qoyma ki, bügələr ayağa məni.

Gün camalın yüz min eyib tapdaya,
Kürüsnəsən al başını tapdaya,
Dərdü ğəmin həddi nədir tapdaya
Sən salmasan əgər ayağa məni.

Hazır olsa bir məclisə o zalım,
Yenə mənim öz yaxamdı o zalım,
Piltə kimi dönə-dönə o zalım,
Yandırdı, buladı ayağa məni.

Çünki düşdün eşq oduna yan, yana,
İnsaf eylə hər tərəfdə yan yana,
Neçə aşiq döşənibdir yan-yana,
Kim çalıb onlara ayağa məni.

Qoşulmadı Zakir nəcamə səndən,
Bəhs etmək olurmu nə camə səndən.
Nə ücrət istərəm, nə camə səndən,
Tək qovma dərindən ayağa məni.





 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info